Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıda sürücü xanım sərnişini əvvəlcə taksidən qovub, sonra isə hədələyib

52 Baxış

Bakı sakini Nəcibə Muradlı sifariş etdiyi taksidən qovulub.

Turanmedia.az xəbər verir ki, bu barədə “Xəzər Xəbər”ə onun özü məlumat verib.

Üzünün efirdə görünməyini istəməyən xanım iddia edir ki, ünvana gələn sürücü onu taksi çağırmağına peşman edib. Buna səbəb ödənişin kartla edilməsi olub.

Nəcibə Muradlı takis şirkətinin müştəri xidmətlərinə yazaraq, olanlar barədə məlumat verib və kartından çıxarılan pulu geri istəyib. Xanımın bu addımı tərəfləri yenidən bir araya gətirib.

Taksi sürücüsü ilə biz də əlaqə saxladıq. O, həmin an əsəbi olduğunu, əməlindən peşmanlıq hissi keçirdiyini bildirib.

Qeyd edək ki, paytaxt sakinlərilə sorğu zamanı məlum oldu ki, bu kimi hallarla sərnişinlər tez -tez üzləşirlər.

Ekspertlər isə hesab edirlər ki, bu narazılıqların yaşanmaması üçün taksilərlə bağlı vahid qaydalar müəyyənləşdirilməlidir.

Daha ətraflı videomaterialda:


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678