Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Polkovnikdən şok: Xankəndidən İrəvana 2 deyil, 4 yol var

68 Baxış

Mətbuatda əvvəlki çıxışımda haqqında danışdığım və dünən təxribatın baş verdiyi Xankəndi-Xəlfəli-Turşsu yolu asfalt olmasa da, daşlı yoldur. Yəni TIR və digər böyük qabaritli maşınlardan başqa istənilən nəqliyyat vasitəsi, o cümlədən UAZ, URAL, QAZ-53, QAZ-66 ilin bütün fəsillərində orada rahat hərəkət edə bilir.

Turanmedia.az xəbər verir ki, bu sözləri Axar.az-a dünən separatçıların təxribat törətdiyi Xankəndi-Xəlfəli-Turşsu yolu haqqında detallardan danışan Qarabağ qazisi, Birinci Qarabağ müharibəsində Malıbəylidə könüllü taborunun komandiri, Şuşada kəşfiyyat rəisi olmuş polkovnik Azay Kərimov deyib.

Polkovnik Xankəndidən 2 deyil, 4 alternativ yolun olduğunu vurğulayıb:

“Xankəndi-Xəlfəli-Turşu yolu hazırda ekofəalların etiraz aksiyası keçirdiyi yerdən 60 km arxada Laçın dəhlizinə birləşir. Yolun uzunluğu 15 km-dir. Yəni Xankəndidən çıxıb Kərkicahan kəndinin altından keçməklə Xəlfəli kəndinə getmək mümkündür.

Təxribatın baş verdiyi nöqtədən isə Şuşanın Şırlan kəndinə məsafə 5 km, Xankəndiyə məsafə 3 km-dir. Xankəndidən əvvəlcə Kərkicahan kəndinə, sonra Xəlfəliyə gedib, oradan Şuşanın Şırlan kəndinə də çıxmaq mümkündür. Şırlanın içindən çıxıb sola dönəndə Laçının Fingə kəndi gəlir. Fingə kəndi ilə Laçın dəhlizi arasındakı məsafə isə 500 metrdir.

Mənim bu yollar haqqında açıqlamamdan sonra Ruben Vardanyan da alternativ yolların olmasını etiraf etdi.

Üçüncü alternativ yol da var. Bu yol Qaladərəsi, Turşsu, Zarıslı kəndinin üzərindən 5 km aralı və İsa Bulağının üstündən keçməklə gəlib birbaşa Şuşaya birləşir. Bəhs etdiyim yola həm də “Xurşidbanu Natəvan” yolu deyirlər. Xurşidbanu Natəvan qayaları yarmaqla həmin yoldan Şuşaya su çəkib. Bəhs etdiyimiz yoldan hərbi təyinatlı nəqliyyat vasitələri keçə bilər.

Dördüncü yol isə Xocalının Kosalar kəndindən keçib Laçın dəhlizi ilə birləşən avtomobil yoludur”.

Qeyd edək ki, bundan öncə Azay Kərimov digər iki yol haqda məlumat verərək, Ordumuzun bu yollara diqqətini artırmasını istəmişdi.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678