Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Hər biriniz bir çiçək”

292 Baxış

Turanmedia.az xəbər verir ki, Mingəçevir 13 saylı tam orta məktəbdə 8 mart Beynəlxalq Qadınlar günü münasibəti ilə məktəbin 2 c sinif müəllimi Yeganə Zakirova balaca fidanları ilə tədbir hazırlayıb. Əvvəlcə şəhidlərin ruhu bir dəqiqəlik süktla yad edilib.Tədbirdə məktəbin direktoru Daşqın İbrahimov çıxış edərək şəhid analarının timsalında bütün ana-bacıları təbrik edib. Direktor tədbir iştirakçılarına, müəllim, şagird və analara belə gözəl tədbirə görə öz minnətdarlığını bildirib.
Yeganə müəllim öz çıxışında Azərbaycan qadını öz fəaliyyətini maarifçilik və xeyriyyəçilik ideyalarının yayılması ilə başlasa da, hazırda ictimai, sosial, siyasi proseslərin fəal iştirakçısına çevrildiyini bildirib:” Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev dediyi kimi,tariximizin keşməkeşli səhifələrinə Azərbaycan qadını qayğıkeş ana, fitri istedada malik şair, möhkəm iradəli hökmdar, dərin zəkalı mütəfəkkir kimi öz adını həkk etdirmişdir. Və bu gün həmin siyasəti Prezident İlham Əliyev daha da gücləndirir”.
Tədbirdə şagirdlər analarına,müəllimlərinə olan məhəbbətlərini şeir, musiqi, rəqs və səhnəciklərlə göstərdilər. Anaların tamaşaçı kimi zalda olması balaların sevincini ikiqat artırdı.

Esmira Hidayətova,Mingəçevir

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678