Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Vətən müharibəsi qazisi ilə görüş oldu

115 Baxış

Mingəçevirdə qazi Orxan ziyarət olunub.

Torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə yaralanmış əsgər və zabitlərin ailələri mütəmadi olaraq evlərində ziyarət edilir, şəhid və qazi ailələrinin problemləri ilə maraqlanır, onlara ərzaq yardımları çatdırılır.

Bu gün də Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və ŞİHB aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları ,YAP şəhər təşkilatının və bələdiyyənin sədrləri, qazi Pərviz Məmmədov,Mingəçevir şəhər xəstəxanasının direktoru əməliyyatdan yenicə qayıtmış qazi Orxan Muradovu evində ziyarət ediblər. 44 günlük vətən müharibəsində könüllü döyüşən və bu döyüşlərdə ağır yaralanmış Orxan ayağından almış qəlpə yarası ilə bağlı bir ayağı aparata qoşulmuşdu. Lakin 2 il 4 ay vaxt keçməsinə baxmayaraq qazinin ayağında irəliləyiş olmadı. Bu günlərdə qazinin bir ayağı amputasiya olundu. Qazinin atası Fazil kişi deyir ki, oğlu bu iki il müddətində çox əzab -əziyyətlər çəkdi:” İstədik ki,ayağı amputasiya olunmasın amma olmadı, uzun müddətli müalicələrə rəğmən ayağı kəsildi. Oğlum gəncdir,vətən uğrunda döyüşüb ,oğlumuzla fəxr edirik təki canı sağ olsun.Hazırda yaşadığımız ünvanda kirayədə qalırıq.Öz evimiz yuxarı mərtəbə olduğu üçün onu qaldırıb-düşürtmək də çətinlik çəkirdik”.

Qazini ziyarətə gələn başçı vəziyyət ilə maraqlanıb, Orxanın müalicəsi üçün bundan sonra da lazım olan bütün köməkliklərin göstəriləcəyini bəyan edərək ailəsinin problemləri ilə də maraqlandı. Qeyd olundu ki, Orxan Muradovun müalicəsi Mingəçevir şəhər xəstəxanasında davam etdiriləcəkdir.

Qazinin atası Fazil Muradov onları ziyarətə gələn icra başçısına və digər rəhbərlərə öz minnətdarlığını bildiriblər.

İcra Hakimiyyəti tərəfindən qaziyə ərzaq bağlaması da təqdim olunub.

 

Esmira Hidayətova,Mingəçevir.