Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda son 7-8 ildə quraqlıq müşahidə olunur – ETSN

50 Baxış

“Son 3 ildə ölkə üzrə su balansı hazırlanır və əsas məqsəd su ehtiyatlarının qiymətləndirilməsidir”.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu sözləri Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov

“Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət” mövzusunda brifinqdə çıxışı zamanı deyib.
” Son 7-8 il ölkədə quraqlıq illəri kimi müşahidə olunur. Bu həm yağıntının miqdarının az olması həm də transsərhəd çaylarda ötürülən su üzrə müşahidə edilir.

Mingəçevirdə su anbarında su ehtiyatı 2018-ci illə müqayisədə 40-ə qədər azalması müşahidə olunur. Son 10 gündə Mingəçevir su anbarından Kürə buraxılan suyun miqdarını artırsaq da, su çatışmazlığı ilə bağlı problemlər var.

Su təəssüflər olsun ki, çatmır. Ancaq sudan qənaətə istifadəyə imkan verən sistemlərin tətbiqi və istehlakçıların sudan istifadəyə qənaətlə yanaşması çox vacibdir”,- deyə o əlavə edib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678