Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

FHN əməkdaşı qəflətən vəfat etdi

55 Baxış

Qəbələdə Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb regional idarəsinin əməkdaşı qəflətən vəfat edib.

Turanmedia.az Apa-ya istinadən xəbər verir ki, FHN-in Şimal-qərb regional idarəsinin Mülkü müdafiə idarəsinin rəisi, 1977-ci il təvəllüdlü Mehdiyev Eldəniz Firudin oğlu qəfil dünyasını dəyişib.

Məlumata görə, o, işdən kənarda, müalicə məqsədilə vurulan iynədən sonra keçinib. İlkin ehtimala görə, Eldəniz Mehdiyev həkim səhlənkarlığı nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678