Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Manaf Ağayevin oğlu həbs edildi

57 Baxış

Müğənni Manaf Ağayevin oğlu həbs edilib.

Turanmedia.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli Apa-ya bildirib ki, Müşfiq Ağayev təhülkəsizlik kəmərindən istifadə etmədiyinə görə ona Səbail Rayon Yol Polis İdarəsinin əməkdaşları tərəfindən “saxla” əmri verilib.

“Avtomobil saxlanılandan sonra onun spirtli içki təsiri altında avtomobil idarə etdiyi məlum olub. Bu zaman Müşfiq Ağayev yol polisinin qanuni əmrinə tabe olmayıb və onları təhqir edib. Müşfiq Ağayev barəsində İnzibati Xətalar Məcəlləsinin 333-cü maddəsi ilə protokol tərtib edilib. Bundan başqa o, yol polisini təhqir etdiyi üçün 8-ci Polis Bölməsinə aparılıb. Onun barəsində 510-cu maddə ilə protokol tərtib olunub baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.

Məhkəmə protokolu təmin edib və Müşfiq Ağayev barəsində 5 sutka inzibati həbs qərarı çıxarılıb”, – DYP rəsmisi bildirib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678