Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakı Rusiyanın Xankəndi planını necə məhv etdi – DETALLAR

44 Baxış

Ruben Vardanyan keçən ay Qarabağda “dövlət naziri” postundan istefaya göndərildi. Rusiya oliqarxının qovulması Moskvanın Cənubi Qafqazdan gedişinin yekun simvolu kimi dəyərləndirilə bilər.

Turanmedia.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu iddia ilə Britaniya ordusunun keçmiş nümayəndəsi, Avropa Birliyinin Gürcüstandakı missiyasının eks-rəhbəri Mett Uotli “National İnterest” jurnalındakı məqaləsində çıxış edib.

“Rusiyanın Qafqaz uğrunda son döyüşü bitib. İndi Rusiya səhnədən getmək məcburiyyətindədir. Artıq Ukrayna müharibəsi ikinci ildir davam edir, amma biz postsovet məkanındakı digər konfliktləri görməzdən gələ bilmərik. 1990-cı illərin əvvəllərindən onlar gah isti, gah soyuq fazaya keçirlər. Rusiya onillər ərzində yaxın ətrafında təsirini saxlayaraq, öz maraqlarına uyğun hərəkət edir. Lakin Ernest Hemiqueyin iflas haqqında aforizmində dediyi kimi, son əvvəlcə tədricən, sonra isə qəfildən gəlir. Rusiyanın geosiyasi natamamlığı artıq hər yerdə özünü göstərir və Ukrayna bu siyasi formasiyanın çöküşünün katalizatoru oldu”, – o bildirib.

Uotli Rusiyanın artıq Azərbaycan-Ermənistan sərhəd toqquşmalarına təsir imkanının azaldığını, sülh danışıqlarının isə ABŞ və AB-nin iştirakı ilə aparıldığını söyləyib.

Onun sözlərinə görə, 2020-ci ildə rus sülhməramlılarının Azərbaycanda yerləşməsi çoxlarında təəccüb yaratmışdı və hətta əksəriyyət bu mövcudluğun əbədi olaraq qalacağını düşünürdü. Bununla belə, o, bu əminliyin son bir ildə yox olduğunu söyləyib:

“Rusiya Qarabağ mövzusundan çıxarılanda Moskvadan Vardanyanı ora göndərdi. Qarabağda “dövlət naziri” olan Vardanyan Azərbaycanla açıq mübarizədən danışır, Paşinyanla söz savaşına çıxır. Onun tərəfdarlarından bəziləri hətta Qarabağ “parlamenti”ndə Rusiyanın tərkibinə keçməyə çağırış edirdilər. Lakin Vardanyanı Qarabağda qəbul etmədilər və onun qovulması, regionun Moskvanın nəzarətindən çıxmasının sübutudur”.

M.Uotli Vardanyanın yoxluğunda Rusiya sülhməramlılarının Qarabağdakı 5 illik mandatını sona qədər qoruyacaqlarına inamın hər keçən gün bir qədər də azaldığını bildirib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678