Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Məktəblilər narkomaniya əleyhinə və digər zərərli vərdişlərə qarşı maarifləndiriliblər

233 Baxış

Turanmedia.az xəbər verir ki, Mingəçevir şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə şəhərin 9 saylı tam orta məktəbində şagird və müəllimlərin iştirakı ilə narkomaniya əleyhinə və digər zərərli vərdişlərə qarşı maarifləndirmə tədbiri keçirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin,Türkiyədə zəlzələ zamanı həlak olan insanların əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Daha sonra məktəbin direktor əvəzi Mənsur Həsənov məktəb haqqında ümumi məlumat verib,polis əməkdaşlarına bu kimi mövzularda şagirdləri maarifləndirdikləri üçün təşəkkürünü bildirib.
Qeyd edək ki,bu cür tədbirlərin yeniyetmələr arasında keçirilməsində əsas məqsəd şagirdləri narkomaniya və psixotrop maddələrin yaratdığı problem və fəsadlar mövzusunda maarifləndirmək və onlar arasında sağlam həyat tərzini təbliğ etmək olub. Bu və ya digər zərərli vərdişlərlə bağlı çıxış edən ŞPŞ-nin rəisi, polis polkovniki Ədalət Əliyev narkotik asılılığının törətdiyi fəsadlarla bağlı məlumat verib, insan həyatına və sağlamlığına vurduğu zərərlərdən ətraflı söhbət açıb. Eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı aparılan genişmiqyaslı əməliyyat tədbirləri şagirdlərin diqqətinə çatdırılıb.
Şagirdlərə eləcədə Polis Akademiyası haqqında məlumat verilib,video çarx nümayiş olunub. Məktəblilər daha sonra narkotiklərin törtədiyi fəsadlardan bəhs edən video çarxa da baxıblar.

Mövzu ilə əlaqədar çıxış edən polis əməkdaşları “ Narkomaniyaya yox deyək”, “Erkən nikah və onun törətdiyi fəsadlar”, “Cinayət məsuliyyəti daşıyan və təhlükəli erkən nikah”, “Dini fanatizm, radikalizm, ekstremizmin mahiyyəti və təhlükələri” və “yol hərəkəti qaydalarına əməl edək” adlı mövzularla bağlı çıxışlar ediblər.
Tədbirdə Mingəçevir təhsil sektorunun müdiri Sevinc Həsənova da iştirak edib.
Sonda rəis STEAM mərkəzi ilə yaxından tanış olub.

Esmira Hidayətova,Mingəçevir


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678