Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Naxçıvanda yeni dövlət orqanı yaradıldı

43 Baxış

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Təminat Xidmətinin əsasında nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsi yaradılıb.

Turanmedia.az Tns.az-a istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov fərman imzalayıb.

Fərmanda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq sosial müdafiə sahəsində səmərəli idarəetmənin həyata keçirilməsi məqsədilə qərara alıram:

1. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) yanında Dövlət Sosial Təminat Xidmətinin əsasında Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsi yaradılsın.

2. Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyi, habelə Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxslərinin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

2.1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə:

2.1.1. idarəetmə orqanlarının yaradılması;

2.1.2. yenidən təşkili və ləğv edilməsi;

2.2. Nazirliyə:

2.2.1. bu Fərmanın 2.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırmaqla “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

3. Müəyyən edilsin ki:

3.1. Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyi, Dövlət Məşğulluq Agentliyi və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxslərin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün onlarda sədr də daxil olmaqla 3 (üç) üzvdən ibarət İdarə Heyəti yaradılır;

3.2. İdarə Heyətinin sədrini və digər üzvlərini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırmaqla Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəyə təyin və vəzifədən azad edir;

3.3. Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyi Nazirlik yanında Dövlət Sosial Təminat Xidmətinin hüquqi varisidir, onun sosial xidmət göstərilməsi ilə bağlı hüquq və öhdəlikləri, habelə tabeliyindəki sosial xidmət müəssisələri bütün əmlakı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan Sosial Xidmətlər Agentliyinə, digər hüquq və öhdəlikləri isə Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə keçir;

3.4. Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin nizamnamə fondu bu Fərmanın 3.3-cü bəndinə uyğun olaraq ona keçən əmlak hesabına formalaşır.

4. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:

4.1. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etsin;

4.2. bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Nazirlik:

5.1. Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyi, Dövlət Məşğulluq Agentliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxslərinin nizamnamələrini, strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etsin;

5.2. Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyi, Dövlət Məşğulluq Agentliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxslərinin nizamnamələrinin təsdiq edildiyi tarixdən 3 (üç) gün müddətində həmin hüquqi şəxslərin dövlət qeydiyyatına alınması ilə bağlı “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq tədbirlər görsün;

5.3. Nazirlik yanında Dövlət Sosial Təminat Xidmətinin tabeliyindəki dövlət sosial xidmət müəssisələrinin Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin tabeliyində publik hüquqi şəxslərin yaradılması üçün iki ay müddətində zəruri tədbirlər görülməsini təmin etsin;

5.4. bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyi, Dövlət Məşğulluq Agentliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, Dövlət Sosial Müdafiə Fondu dövlət qeydiyyatına alındığı günədək Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu, Nazirlik yanında Dövlət Sosial Təminat Xidməti, Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi öz fəaliyyətlərini davam etdirsinlər”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678