Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Məcburi köçkünlərin məskunlaşdığı tikili yandı

57 Baxış

Ağcabədi şəhərində məcburi köçkünlərin məskunlaşdığı ümumi sahəsi 150 kvadratmetr olan birmərtəbəli (arakəsmə divarları taxta konstruksiyadan ibarətdir) tikilidə yanğın olub.

Turanmedia.az Tns.az-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar nazirliyi məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 24 kvadratmetr olan otağın yanar konstruksiyaları və ev əşyaları, bitişik ümumi sahəsi 16 kvadratmetr olan otağın arakəsmə divarı 4 kvadratmetr sahədə və ev əşyaları yanıb.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678