Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ramazanda sağlam qidalanmaq üçün bunları edin

66 Baxış

Ramazan ayında sağlam şəkildə oruc tutmaq bədən fəaliyyəti üçün olduqca vacibdir.

Turanmedia.az qafqazinfo-ya istinadən xəbər verir ki, oruc zamanı xüsusən də, imsak və iftar vaxtı qidalanma rejiminə diqqət etmək lazımdır.

Ramazanda sağlam qidalanmaq üçün bunları etmək faydalıdır:

Porsiyalarınızı böyük etməyin:

Ramazanda açılan böyük süfrələrdə sağlam qidalanmaq üçün porsiyalarımızı əvvəlcədən yaxşı şəkildə nizamlamalıyıq.

Bütün qida qruplarından az miqdarda qəbul etməliyik:

Sağlam yeməkləri düzgün və miqdarından çox olmayacaq şəkildə yemək daha faydalıdır.

Tərəvəz və meyvələri bol etməliyik:

Bu qidalar mədə və bağırsaqların fəaliyyətini artıracağı üçün həzm sistemimizi də rahatlaşdıracaq.

Ət, toyuq və balıq yeməklərini sobada bişirmək daha xeyirli olacaq:

Bu bizim yediyimiz qidalardan ən yaxşı şəkildə faydalanmağımızı təmin edəcək.

Şirniyyatdan az istifadə etmək daha faydalıdır:

Uzun müddətli aclıqdan sonra qəbul edəcəyimiz şirniyyatlar qan şəkərinin yüksəlməsinə səbəb ola bilər.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678