Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Könüllülərə sertifikatlar təqdim olundu

68 Baxış

Turanmedia.az xəbər verir ki, Mingəçevir şəhər İcra Hakimiyyəti “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq öz strukturlarında könüllülük fəaliyyətini genişləndirib.
Qeyd edək ki, 2019-cu ilin aprel ayından Mingəçevir şəhər İcra Hakimiyyətində könüllük fəaliyyətinə başlanılıb. Könüllülük fəaliyyətinə gənclər 2 ay müddətinə qoşularaq müxtəlif sosial bacarıqlarını göstəriblər. Bu gün Mingəçevir şəhər İcra Hakimiyyətində təcrübə keçən könüllülərə sertifikat verilib.
Könüllülər gündəlik iş proseslərində aktiv şəkildə iştirak ediblər. Daha sonra könüllülər çıxış edərək təcrübə müddətində bir çox biliklərə yiyələndiklərini, şəhər İcra Hakimiyyəti aparatının kollektivi tərəfindən qayğı ilə əhatə olunduqlarını və gələcək fəaliyyətlərində bu təcrübələrdən istifadə edəcəklərini bildiriblər.
Könüllülərlə görüşən icra başçısı İlham İsmayılov ölkə ərazisində baş tutan bütün beynəlxalq tədbirlərdə, eləcə də dövlət orqanlarının gündəlik fəaliyyətində könüllülərin misilsiz xidmətlərinin olduğunu vurğulayıb. Sonda könüllülərə sertifikatlar verilib, xatirə şəkli çəkdirilib.

Esmira Hidayətova, Mingəçevir


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678