Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rəşad Dağlının istintaq işi yekunlaşdı – Onu neçə il həbs gözləyir?

57 Baxış

Qonşusunu qətlə yetirməkdə ittiham olunan meyxanaçı Rəşad Dağlının (Əmirov) cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Turanmedia.az Apa-ya istinadən xəbər verir ki, iş üzrə toplanmış materiallar yaxın günlərdə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.

Rəşad Dağlıya Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan olunub.

Meyxanaçı bu maddə ilə təqsirli bilinərsə 9 ildən 14 ilə qədər azadlıqdan məhrum edilə bilər.

Qeyd edək ki, Rəşad Dağlı qonşusu – 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi avtomobilində bıçaqla qətlə yetirib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678