Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Elm Günü”nə həsr olunmuş V elmi nəzəri konfrans

122 Baxış

Turanmedia.az xəbər verir ki, Mingəçevir Dövlət Universitetində (MDU) “Heydər Əliyev ili” çərçivəsində magistrantların “Elm Günü”nə həsr olunmuş V elmi nəzəri konfransı keçirilmişdir. Konfrans iştirakçıları əvvəlcə torpaqlarımızın qorunması və azad olunması uğrunda döyüşlərdə həlak olan şəhidlərimizin, Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad ediblər. Konfransı giriş sözü ilə MDU-nun rektoru Şahin Bayramov açaraq onun əhəmiyyətindən bəhs etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Ölkəmizin gələcəyi elmi potensialın səviyyəsi ilə bilavasitə bağlıdır. Hər bir ölkədə, o cümlədən Azərbaycanda inkişaf elmin səviyyəsi ilə bağlıdır” fikrinə istinad edərək konfransın gündəliyi haqqında fikirlərini açıqladı. Bununla əlaqədar yüksək səviyəli məruzələrin hazırlandığını diqqətə çatdırdı. Konfransın işinə uğurlar arzuladı.
Sonra konfransda “Tarixi şəxsiyyətin öyrənilməsində metodoloji üsullar” mövzusunda tarix müəllimliyi ixtisası üzrə birinci kurs magistrantı Xədicə Abdullayeva, “Azərbaycanın xarici ticarət siyasəti və onun dünya bazarlarına inteqrasiyasına təsiri” mövzusunda iqtisadiyyat ixtisası üzrə ikinci kurs magistrantı Ülvi Seyidov, “Yol nəqliyyat hadisələrinin araşdırılması sahəsində görülən işlər” mövzusunda yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi ixtisası üzrə ikinci kurs magistrantı Habil İsmayılzadə, “Şəxsiyyətin formalaşdırılmasında Azərbaycan dili dərslərinin rolu” mövzusunda Azərbaycan dili və Ədəbiyyatı müəllimliyi ixtisası üzrə ikinci kurs magistrantı Aybəniz Əliyeva, “Biznes mühiti və onun yaxşılaşdırılması istiqamətləri” mövzusunda biznesin idarə edilməsi ixtisası üzrə ikinci kurs magistrantı Xəyal Şükürov, “Türyançay Dövlət Təbiət Qoruğu Xüsusi Mühafizə olunan təbiət ərazisi kimi” mövzusunda ekologiya mühəndisliyi üzrə birinci kurs magistrantı Sevinc İsmayılova, “COVİD -19 pandemiyası dövründə tədris prosesində istifadə olunan distant təhsilin xüsusiyyətləri və səmərəlilik dərəcəsi” mövzusunda informatika müəllimliyi ixtisası üzrə ikinci kurs magistrantı Rəhimə Rüstəmova, “Qarabağda qurulmaqda olan “Ağıllı şəhər və kənd”lər mövzusunda iqtisadiyyat ixtisası üzrə ikinci kurs magistrantı Aynurə Məmmədova, “ Robototexnikada tətbiq ilunan müasir proqramlaşdırma dillərinin təhlili” mövzusunda informasiya texnologiyaları və sistemləri üzrə birinci kurs magistrantı Abdulla Mahmudov məruzələrlə çıxış etmişlər.
Konfrans öz işini bölmə iclaslarında davam etdirmişdir.

Esmira Hidayətova,Mingəçevir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678