Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıda piyadaları vuraraq öldürən sürücülər hadisə yerindən qaçıblar

53 Baxış

Bakıda piyadaların ölümü ilə nəticələnən iki yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Turanmedia.az apa-ya istinadən xəbər verir ki, Bakıxanov qəsəbəsi ərazisində naməlum sürücü idarə etdiyi dövlət qeydiyyat nömrəsi bəlli olmayan “Reno” markalı avtomobillə piyada, 1959-cu il təvəllüdlü Məlikova Simuzər Nurməmməd qızını vuraraq hadisə yerindən qaçıb.

Piyada S.Məlikova aldığı xəsarətlərdən hadisə yerində ölüb. Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənin 1997-ci il təvəllüdlü Əhmədov İsmət Habil oğlu olduğu müəyyən edilərək saxlanılıb.

Bundan başqa naməlum sürücü idarə etdiyi avtomobillə Sabunçu qəsəbəsi ərazisində hərəkətdə olan piyada, 1956-cı il təvəllüdlü İsmayılov Elyaz Həsən oğlunu vuraraq hadisə yerindən qaçıb. Sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678