Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mingəçevirdə “Aprel döyüşləri:böyük zəfərin müqəddiməsi”mövzusunda konfrans keçirilib

158 Baxış

Turanmedia.az xəbər verir ki, Mingəçevir Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısının Aparatı və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində “Aprel döyüşləri:böyük zəfərin müqəddiməsi” mövzusunda konfrans keçirilib. Tədbirdə Mingəçevir ŞİH başçısı İlham İsmayılov, DQİDK-nin Yevlax bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Əlisa Fərəcov, YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, ziyalılar, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə Şəhidlər Xiyabanında şəhid ailələri ilə birlikdə aprel şəhidləri ziyarət edilib.
Tədbirdən əvvəl Heydər Əliyev Mərkəzinin vestibülündə Aprel döyüşlərinə həsr olunmuş sərgiyə baxış keçirilib.
Tədbiri giriş sözü ilə açan Mingəçevir ŞİH başçısı İlham İsmayılov bildirib ki, 4 günlük Aprel döyüşləri həqiqətən 44 günlük Vətən müharibəsindəki müqəddəs qələbəyə aparan şanlı yol olub, xalqımıza qələbə sevinci yaşadıb, tariximizə şanlı səhifə kimi yazılıb. Vurğulanıb ki, bu Zəfər Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu nümayiş etdirib.
Tədbirdə çıxış edən DQİDK-nin Yevlax bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Əlisa Fərəcov, YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, Aprel şəhidlərinin ailə üzvləri Oruc Əhmədov və Vüsalə Tağıyeva,Mingəçevir Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının sədr müavini Rizvan Mikayıllı, Mingəçevir Bələdiyyəsinin şöbə müdiri Zahid Qasımlı Aprel döyüşlərinin 2-ci Qarabağ müharibəsi üçün baş məşq olduğunu, Azərbaycan Silahlı Qüvvələrinin arsenalında olan bəzi hərbi texnikaların sınaqdan çıxarıldığını bildirib və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu vurğulayıb. Onlar, həmçinin Azərbaycan xalqına qürur yaşadan Ali Baş Komandan İlham Əliyev cənablarına və Azərbaycan əsgərinə minnətdarlıqlarını bildiriblər.

Esmira Hidayətova,Mingəçevir


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678