Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Naxçıvanda daha bir qurumda yoxlamalara başlanıldı – Xidmətin rəhbərliyi məsuliyyətə cəlb edilə bilər

53 Baxış

Naxçıvanda daha bir dövlət orqanında yoxlamalara başlanılıb.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin bir qrup əməkdaşı Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidmətində yoxlamalar aparır.

Məlumata görə, qurumun maliyyə-təsərrüfat fəaliyyəti, indiyədək qanunvericiliyin tələblərinə necə əməl edildiyi ilə bağlı məsələlər araşdırılır.

Mənbənin sözlərinə görə, Naxçvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində ciddi qanun pozuntularına, korrupsiya və dövlət vəsaitinin mənimsənilməsi hallarına yol verilib.

Yoxlamalardan sonra Xidmətin rəhbərliyi məsuliyyətə cəlb edilə bilər.

Yaxın günlərdə Naxçıvanın Dövlət Miqrasiya Xidmətinin ləğv ediləcəyi, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin muxtar respublikada baş idarəsinin yaradılacağı gözlənilir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678