Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirilmişdir

581 Baxış

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirilmişdir

Turanmedia.az xəbər verir ki, Mingəçevir şəhər 11 saylı tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş“ Əsrin müqaviləsi”adlı bədii kompozisiya keçirilmişdir. Tədbirdə Mingəçevirin ziyalı xanımı, uzun illər təhsil sahəsində çalışmış və təqaüddə olan Validə müəllim Əlizadə,şəhər təhsil sektorunun nümayəndələri ,valideyinlər və müəllim kollektivi iştirak edib. Tədbir ilk öncə məktəbin həyətində düzənlənmiş sərgidən başlayıb. Burda şagirdlərin idman oyunlarına,əl işlərinə rəsm əsərlərinə baxış keçirilib. Daha sonra məktəbin akt zalında Azərbaycan xalqının dahi oğlu,qüdrətli dövlət xadimi və müdrik siyasətçi Heydər Əliyevin yubleyinə həsr olunmuş tədbirə start verilib. Əvvəlcə Ulu Öndər və şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə məktəbin direktor əvəzi Sevda Şükürova çıxış edərək qeyd edib ki,məktəbdə keçirilən bütün tədbirlər ulu öndərin 100 illik yubleyinə həsr edilib.

Sevda xanım Ulu Öndər Heydər Əliyevin öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxardığını, ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz qüdrətli şəxsiyyətin zəkasının işığında qədəm qoyub. Onun sözlərinə görə, bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir. Tədbirdə şagirdlər Heydər Əliyevə həsr olunmuş şeirlər, mahnılar səsləndirib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər. Sonda fəal şagirdlər sertifikatlarla təltif olunub.

Qeyd edək ki,tədbirin təşkilatçısı və aparıcısı məktəbin müəllimi Ruhiyyə Əliyevadır.

Esmira Hidayətova,Mingəçevir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678