Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər” mövzusunda seminar keçirilib

205 Baxış

Turanmedia.az xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi və Mingəçevir şəhərində yerləşən Ağdam rayon 51 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə “Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər” mövzusunda seminar keçirilib. Tədbirdə DQİDK-nin Yevlax bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Əlisa Fərəcov, 51 saylı məktəbin direktor müavini Gülnar Əkbərova, Mingəçevir Valideynlər Assosiasiyasının İdarə Heyətinin üzvüYeganə Nəbiyeva, eləcə də məktəbin müəllimləri, şagirdləri və valideynlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan direktor müavini Gülnar Əkbərova ölkəmizdə uşaqların hərtərəfli inkişafı və keyfiyyətli təhsil almaları üçün şəraitin yaradıldığını bildirib, onların milli-mənəvi dəyərlər və Azərbaycançılıq ruhunda tərbiyə edilməsi, vətənpərvər gənclər kimi formalaşmalarının əhəmiyyəti qeyd edib.
Tədbirdə DQİDK-nin Yevlax bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Əlisa Fərəcov “Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər” mövzusunda çıxış edərək məktəblilərin dünyagörüşünə, mənəvi inkişafına mənfi təsir göstərən amillərin, dini radikalizm, erkən nikah və narkomaniyanın gənclərimizin gələcəyi üçün real təhlükə yarada biləcəyini bildirib, milli vətənpərvərlik ruhu aşılayan mənəvi dəyərlərimizin məktəblilərin formalaşmasındakı önəmindən bəhs edib. Məktəblilərin mənəviyyatlı, dünyagörüşlü, vətənpərvər gənclər olaraq yetişməsində ailənin, məktəbin və ictimaiyyətin danılmaz rolu olduğunu qeyd edib.
Tədbirdə “Ailə-məktəb münasibətlərinin təşkili” mövzusunda interaktiv formada çıxış edən Mingəçevir Valideynlər Assosiasiyasının İdarə Heyətinin üzvü Yeganə Nəbiyeva mövzunun aktuallığından bəhs edərək bildirib ki, məktəblilərin milli-mənəvi dəyərlərimiz və azərbaycançılıq ruhunda tərbiyə edilmələri, onların vətənpərvər gənclər kimi formalaşmaları olduqca əhəmiyyətlidir. Eyni zamanda gənclər və yeniyetmələrin vətənpərvərlik ruhunda yetişməsində ailə-məktəb münasibətlərinin dərinləşdirilməsinin zəruriliyindən, təhsilin və cəmiyyətin danılmaz rolundan, məktəblilərin zərərli vərdişlərdən və radikal dini təsirlərdən qorunmasının vacibliyindən, bu istiqamətdə dövlətin həyata keçirdiyi tədbirlərdən söhbət açıb
Məktəbdə şagirdlərin dünyagörüşünün artırılması istiqamətində görülən tədbirlər barədə məlumat verən məktəbin psixoloqu Saməddin Əmrahovməktəbin şagirdləri tərəfindən təhsil və idman sahəsində əldə edilən nailiyyətlərdən danışıb. Onu da bildirilib ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsində böyük zəhməti olan gənc nəslin yetişdirilməsində məhz yuxarıda qeyd olunan amillər əsaslı rol oynayıb. Bu sahə üzrə dövlətin həyata keçirdiyi gənclər siyasətinin əhəmiyyətindən və uğurlarından danışılıb.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.
Sonda məktəbin şagirdləri 2023-cü ilin Heydər Əliyev ili olması münasibətilə Ümummilli Liderə həsr olunmuş şeirlər söyləyiblər.

Esmira Hidayətova.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678