Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Akif Çovdarovun əmlakları ilə bağlı qərar dəyişdi

41 Baxış

Keçmiş MTN generalı Akif Çovdarovun müsadirə istənilən əmlakları ilə bağlı protest təmin edilib.

Turanmedia.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Ali Məhkəmədə hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunub.

İclasda Akif Çovdarovun yaxınlarına məxsus 13 milyon 342 min manatlıq əmlakın müsadirəsi ilə bağlı Baş Prokurorluq tərəfindən verilmiş protestə baxılıb. Məhkəmə əmlakların cinayət vasitəsilə əldə edilmiş pullarla alındığı qənaətinə gəlib. Bu əsasla protest təmin edilib.

***

Qərara əsasən, əmlakların xüsusi müsadirədən azad edilməsi üzrə məsələ maddi və prosessual hüquq normalarının pozulması ilə həll edildiyindən Bakı Apellyasiya Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli qərarı ləğv edilib.

Məhkumlar – A. Çovdarov və S. Məmmədova münasibətdə əmlakların xüsusi müsadirəsi ilə bağlı məsələyə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə müvafiq surətdə yenidən baxılması üçün cinayət işinin apellyasiya instansiyası məhkəməsinə – yeni məhkəmə baxışına qaytarılması barədə qərar qəbul edilib.

Eyni zamanda zərərçəkmiş və mülki iddiaçı Cəfər Səfərovun kassasiya şikayəti də təmin olunub. İş üzrə maraqlı şəxs Çingiz Əsədovun şikayəti isə qismən təmin edilib.

Xatırladaq ki, Akif Çovdarov və Səlim Məmmədov 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov isə 11 il müddətinə azadlıqdan məhrum edilib. 2020-ci ildə imzalanmış əfv sərəncamı ilə Akif Çovdarov, 2022-ci ildə imzalanmış əfv sərəncamı ilə Səlim Məmmədov azadlığa buraxılıb. 2022-ci ilin dekabr ayında Bakı Apelyasiya Məhkəməsi Akif Çovdarovun yaxınlarına məxsus 30 milyonluq əmlakın müsadirədən azad olunaraq sahiblərinə qaytarılması barədə qərar qəbul edib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678