Türkiyə hava məkanını Ermənistana bağladı
7 Baxış

Türkiyə hökuməti “Flyone Armenia” şirkətinə Avropaya uçuşlar üçün hava məkanını bağlayıb
Turanmedia.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə aviaşirkətin direktorlar şurasının rəhbəri Aram Ananyan məlumat verib.
“Bizim üçün aydın olmayan səbəbdən Türkiyənin hava məkanı vasitəsilə Avropaya uçuşlar ləğv edilib”,- deyə Ananyan bildirib.
O əlavə edib ki, şirkət ləğv edilmiş reyslərin sərnişinlərinə vəziyyət barədə məlumat verəcək.