Türkiyədə Azərbaycan hərbçilərinin qarşılanma mərasimi keçirilib

Türkiyənin Qars şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev-2023” birgə döyüş atışlı taktiki təlimində iştirak üçün bu ölkəyə səfər etmiş Əlahiddə Ümumqoşun Ordunun bir qrup hərbi qulluqçusunun qarşılanma mərasimi keçirilib.
Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Qardaşlarımız gəlib, xoş gəlib. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev-2023” birgə döyüş atışlı taktiki təlimində iştirak etmək üçün Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin 14-cü Mexanikləşdirilmiş Atıcı Briqadanın komandanlığımız tərəfindən qarşılanma mərasimi keçirilib. Mərasimdə bayrağın təhvil-təslim mərasimi də keçirilib”, – nazirliyin məlumatında bildirilir.