Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Xankəndidə pasport verilməsi və antiterror əməliyyatı…

41 Baxış

Əminliklə deyirəm ki, Laçında dövlət sərhədlərimizin tam bərpa olunması bizi Ermənistanla sülhə yaxınlaşdırdı. Hazırda bizi sülhdən daha çox ərazi bütövlüyümüzün bərpası və Qarabağda dövlət suverenliyinin təmin edilməsi narahat etməlidir. Qarabağda dövlət suverenliyinin bərpa olunmasından sonra biz daha ədalətli və beynəlxalq hüquqa əsaslanan sülhə nail ola bilərik.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Laçın yolunun başlanğıcında sərhəd-keçid məntəqəsinin qurulması haqda Moderator.az-a müsahibəsində deyib.

O bildirib ki, növbəti addım olaraq Ermənistandan Azərbaycana (Qarabağ iqtisadi rayonuna – red.) çəkilmiş qaz, elektrik və internet xəttini kəsib, Azərbaycanın müvafiq şəbəkələrinə birləşdirmək lazımdır:

“Qarabağda yaşayan ermənilər də digər sakinlərimiz kimi eyni qiymətə onun pulunu ödəməlidir. Laçında sərhəd-keçid məntəqəsində xüsusi otaqlar yaradılmalı və Qarabağın erməni sakinlərinə şəxsiyyət vəsiqəsi və Azərbaycan pasportlarının verilməsi təşkil olunmalıdır. Ermənilərin cəmiyyətimizə reinteqrasiyasını sürətləndirmək, onlarda daima rus əsgərinin himayəsi altında yaşayacaqlarına dair yaranmış illüziyaları aradan qaldırmaq üçün bəri başdan deyilməlidir ki, rus sülhməramlıların Azərbaycanda qalma müddəti uzadılmayacaq. Bu addımlar atılandan bir müddət sonra Xankəndidə anti-terror əməliyyatı keçirilməlidir. Yoxsa separatçı-quldur rejimin qorxusundan Qarabağın heç bir erməni sakini deməyəcək ki, mən Azərbaycanın vətəndaşlığını qəbul edirəm”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678