Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mingəçevir şəhər Məhkəməsinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanın intibah dövrü” mövzusunda konfrans keçirilib

207 Baxış

Mingəçevir şəhər Məhkəməsinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanın intibah dövrü” mövzusunda konfrans keçirilib.

Turanmedia.az xəbər verir ki,  konfransda Mingəçevir şəhər məhkəməsinin, Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin və Mingəçevir şəhər Qeydiyyat şöbəsinin kollektivi iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Mingəçevir şəhərində ucaldılmış abidəsini ziyarət edib,önünə gül dəstləri qoyularaq xatirəsinə dərin ehtiram ifadə olunub.Konfrans iştirakçıları tədbirin keçirildiyi Heydər Əliyev Mərkəzinin foyesində Ümummilli Liderin həyatının müxtəlif dövürlərini əks etdirən fotoşəkillərin nümayiş olunduğu güşə ilə tanış olduqdan sonra tədbir açıq elan edilib.

Öncə dahi rəhbər Heydər Əliyevin,Azərbaycan Respublikasının müstəqilliyi və azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Dövlət himni səsləndirilib.

Konfransı giriş nitqi ilə Mingəçevir şəhər məhkəməsinin sədri Nemət Paşayev açaraq xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri olan dahi öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan tədbirin qayəsindən bəhs edib. O,”Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda çıxış edərək bildirib ki, hər bir xalqı dünya miqyasında tanıdan, milli inkişaf yolunu müəyyən edən vacib meyarlar sırasında şəxsiyyət amili xüsusi yer tutur:” Bəşəriyyətin tarixi təkamül prosesi təsdiqləyir ki, yalnız ədalət, müdriklik, humanizm kimi ali dəyərləri şəxsiyyətində bir araya gətirməklə kamillik zirvəsinə yüksəlmiş liderlər qanuna söykənən cəmiyyət yaratmaq idealı ilə yaşamış və fəaliyyət göstərmişlər. XX əsrdə xalqımızın dünya siyasətinə bəxş etdiyi qeyri-adi və fenomen şəxsiyyət – ümummilli lider Heydər Əliyev də özünün təkmil dövlətçilik konsepsiyasında ədalət, qanunçuluq və hüquq qaydalarının təminatını demokratik inkişafın başlıca leytmotivi saymışdır. Ümummilli liderlik zirvəsinə ucalmış böyük strateq Heydər Əliyevin milli müstəqilliyin qazanılması, qanunçuluğun bərpası, demokratik-hüquqi və sosial-iqtisadi islahatların reallaşdırılması sahəsindəki misilsiz xidmətləri qədirbilən xalqımız tərəfindən daim yüksək dəyərləndirilir. Prezident İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncamına əsasən, bu il anadan olmasının 100-cü ildönümü böyük təntənə ilə qeyd edilən ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının həm də hüquqi dövlətdə yaşamaq arzusunu reallaşdırmış fenomenal şəxsiyyətdir. Böyük strateq Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində ədalət, düzgünlük və humanizm prinsiplərinə tapınaraq, bu mənəvi-əxlaqi meyarların ictimai şüurda möhkəmlənməsinə çalışmışdır”.

Konfransda Mingəçevir şəhər məhkəməsinin hakimi Elza Cəbrayılzadə “Heydər Əliyev-məhkəmə hüquq islahatlarının müəllifi mövzusunda geniş məruzə edib.

Mingəçevir şəhər Qeydiyyat şöbəsinin rəisi Sevinc Hüseynova”Heydər Əliyev və Azərbaycan ədliyyəsinin inkişafı”,Mingəçevir şəhər məhkəməsinin böyük məsləhətçisi Günel Xıdırlı”Əbədiyaşar lider Heydər Əliyev”mövzusunda çıxış ediblər. Çıxış edən konfrans iştirakçıları qeyd etmişlər ki,ulu öndər öz işıqlı əməlləri ilə xalqımızı tarixi müstəqilliyinə qovuşdurmuş, dövlətçiliyimizin qorunub saxlanmasında mühüm xidmətləri olmuş nadir şəxsiyyətlərdən, parlaq zəka sahiblərindəndir. Azərbaycan üçün demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçmiş ümummilli liderimizin həyata keçirdiyi hüquqi islahatlar çərçivəsində ədliyyə sahəsində köklü dəyişikliklər baş vermiş, onun cəmiyyətdə rolu və əhəmiyyəti artmışdır- deyə bildirmişlər.

Konfransda öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.

Esmira Hidayətova,Mingəçevir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678