Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun səyyar görüşləri davam edir 

116 Baxış

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun səyyar görüşləri davam edir.

Turanmedia.az xəbər verir ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun növbəti səyyar görüşü mayın 04-də şəhər 12 nömrəli tam morta məktəbin akt zalında oldu. Görüşdə şəhər polis şöbəsinin rəisi Ədalət Əliyev, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər. Görüşə məktəbə yaxın olan küçələrdəki yaşayış binalarının sakinləri ilə yanaşı şəhərin digər ərazilərində yaşayan vətəndaşlar dagəlmişdilər. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov iştirakçıları salamladıqdan sonra ölkəmizdə və şəhərimizdə həyata keçirilən tikinti-quruculuq işləri haqqında danışdı. Qeyd etdi ki, ölkə Prezedinti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq işləri genişlənir. Ötən il şəhərimizdə 50-dən artıq yaşayış binasında əsaslı təmir işləri aparılıb, fasad hissəsi rənglənib, ümumi istifadə yerləri təmir edilib. 5 nümunıvi məhəllə yaradılıb, 2 ərazidə istirahət guşəsi salınıb, 20 küçə asfaltlanıb, 200 küçə müasir işıqlandırma sistemi ilə təmin edilib. O cümlədən su kanalizasiya sisteminin yenidənqurulması işləri davam etməkdədir.

Mingəçevirliləri narahat edən əsas problem işsizlikdir deyən şəhər rəhbəri bildirdi ki, bunu üçün də tədbirlər görülür. Belə ki, keçmiş regenerat zavodunun ərazisində Sənaye Parkının davamı olaraq 3 müəssisənin yaradılması və eləcə də Mingəçevir Dövlət Univesitetinin müasir tələblərə cavab verən Kampusun inşasının aparılması yeni işçi qüvvələrinin bu obyektlərə cəlb olunması deməkdir. Bildiyiniz kimi fevral ayında dövlətimizin başçısı İlham Əliyev Azərbaycan İES ərazisində yeni stansiyanın təməlini qoyub. Bütün bu tikinti işlərində yeni iş yerləri yaradılacaq. Bu il də şəhərimizdə çoxmənzilli binaların əsaslı təmiri, nümunəvi məhəllələrin yaradılması davam edəcək, sahibkarlığın inkişafı məqsədi ilə yeni layihələr reallaşdırılacaqdır.

Görüşdə çıxış edən sakinlərdən Sadiq Səfərəliyev, Teymur Hümbətov, Sərdar Xankişiyev, Şirəli Qasımov, İslam Məmmədov, Məhəmmıd Məmmıədov, Əminə Əliyeva və başqaları öz fikir və təkliflərini bildirdilər. Görülən işlərə və onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri İlham Əliyevə və şəhər İcra Hakimiyyətinə minnətdarlıqlarını ifadə etdilər. Qarşılaşdıqları problemlərə toxunaraq yaşadıqları ərazidə kanalizasiya sisteminin bərbadlığından, bəzi binalarda əsaslı təmir işlərinin aparılmasının vacibliyindən və başqa məsələlərdən dnışdılar.

İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qaldırılan problemləri diqqətlə dinlədikdən sonra görüşdə iştirak edən İcra Hakimiyyətinin məsul şəxslərinə, idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırıqlarını verdi.

Esmira Hidayətova,Mingəçevir


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678