Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Bizim Heydər babamız” balaca fidanların tədbiri

195 Baxış

“Bizim Heydər babamız” balaca fidanların tədbiri.

Turanmedia.az xəbər verir ki, Mingəçevir 16 saylı “Aynur”körpələr evi uşaq bagçasında ulu öndər Heydər Əliyevin 100 illik yubleyi münasibəti ilə “Bizim Heydər babamız”adlı tədbir keçirilib.Tədbiri giriş nitqi ilə açan bagçanın müdiri Kamilə İlyasova ulu öndərin hakimiyyəti illərində olduğu kimi bu gün də uşaqlara göstərilən dövlət qayğısından danışdı. O, gələcəyimiz olan uşaqların böyüməsində və təhsil almasında ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi işlərdən söhbət açdı.Tədbirdə iştirak edən YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev,Mingəçevir Uşaq Gənclər İnkişaf mərkəzinin direktoru Ədalət Quliyeva, Uşaq və Ailələrə Dəstək Mərkəzinin eksperti Dilşad İlyasova çıxış edərək bildiriblər ki, uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır. Tədbirdə ulu öndərin dövlətimiz qarşısında göstərdiyi əvəzsiz xidmətlərdən bəhs edən video çarx nümayiş olunub.

Daha sonra meydan balaca fidanlara verilib.Onlar Heydər babalarının 100 illik yubleyinə hazırladıqları şeirləri,mahnıları,şən rəqs nömrələrini böyük məharətlə ifa ediblər.Tədbirə qatılan nənələr də öz nəvələrinin hazırladıqları tədbirdən böyük zövq aldıqlarını bildiriblər.

Tədbir balaca fidanların “Heydər Baba” adlı hazırladığı kompazisiya ilə davam etdirildi.

Esmira Hidayətova,Mingəçevir


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678