Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konsert

267 Baxış

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konsert.

Turanmedia.az xəbər verir ki, Bərdə Regional Mədəniyyət idarəsi Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 11illik musiqi məktəbində ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə konsert proqramı təşkil olundu. Keçirilən konsert proqramında Mingəçevir şəhər İcra Hakimiyyətindən, YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar mustafayev, orta məktəb direktorları, xalq artisti Valeh Kərimov,ictimayyət nümayəndələri iştirak edib. Əvvəlcə musiqi məktəbinin direktoru Vüsal Məmmədov tədbirdə çıxış edərək qeyd edib ki, ulu öndər Heydər Əliyev təhsil sisteminə,mədəniyyətə mütəxəssis hazırlığına həmişə cəmiyyət həyatının ən vacib, strateji əhəmiyyətli bir sahəsi kimi yanaşırdı. Milli mədəniyyətimiz Heydər Əliyev ideyalarından güc alır deyən digər çıxışçılar qeyd ediblər ki, mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin. Musiqimiz də, teatrımız da, kino sənətimiz də, heykəltaraşlıq və rəssamlığımız da, xalça sənətimiz də bugünkü inkişafında ulu öndərin çox dəyərli ideyalarından bəhrələnib. Qonaqlar və ictimaiyyət nümayəndələri məktəbin xalq çalğı orkestri, müəllim və şagirdlərin ifasında musiqi nömrələrini dinləyiblər. Sonda partiya sıralarına daxil olan bir qrup müəllimə üzvülük vəsiqələri təqdim olunub.

Esmira Hidayətova,Mingəçevir


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678