Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mingəçevir Texniki liseydə hərbi parad keçirilib

130 Baxış

Mingəçevir Texniki liseydə hərbi parad keçirilib

Turanmedia.az xəbər verir ki, Mingəçevir şəhər Milli qəhrəman Ruslan Muradov adına Texniki humanitar liseydə Ulu öndər Heydər Əliyevin 100 illik yubleyi ilə əlaqədar hərbi parad keçirilib. Artıq liseydə ənənə halını alan hərbi parad 20 ildir ki,keçirilir. Tədbirin açılışında, əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Daha sonra ibtidai sinif şagirdlərinin paradına start verilib. Onlar vətənpərvərlik mövzusunda şüarlar səsləndirərək sıra ilə meydandan keçiblər.Məktəbin hərbi hazırlıq müəllimi paradı qəbul edib.

Liseyin direktoru Nailə Məmmədova tədbirdə çıxış edərək qeyd etdi ki,vətəni sevmək, onu qorumaq duyğusu körpəlikdən aşılanmalıdır:”Vətənpərvərlik tərbiyəsi sosial kollektivlərdə (uşaq bağçaları, məktəblər) diqqət mərkəzində saxlanılmalı olan ən mühüm tərbiyə sahəsidir. Bu baxımdan Mingəçevir şəhər Texniki Humanitar Liseydə artıq 20 ildir keçirilən ibtidai sinif şagirdlərinin hərbi paradı böyük təsir qüvvəsinə malik kütləvi tədbirdir. Valideyn-məktəb birliyini möhkəmləndirən, şagirdləri həm fiziki, həm mənəvi cəhətdən daha dözümlü edən, vətəni sevmək, sevərək qorumaq hisslərini artıran bu tədbir bu gün də 20-ci dəfə öz möhtəşəmliyi, ağırlığı ilə yaddaşlara yazıldı. Qeyd edim ki, liseyimizin 4 şəhid məzunu da illər öncə bu paraddan keçib,vətəninə,elinə layiqli övlad olaraq 44 günlük vətən müharibəsinin qəhrəman şəhirlik zirvəsinə ucalıblar”.

Tədbirdə şagirdlərin şeirləri,rəqs nömrələri nümayiş olunub. Qeyd edək ki,tədbirə YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev,təhsil sektorunun müdiri Sevinc Həsənova,qazi Abdulla Abdullayev,şəhid valideyinləri də qatılıb. Tədbirin sonunda qalib komandalar mükafatlandırılıb.

Esmira Hidayətova,Mingəçevir


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678