Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Valeh Kərimov:”Mingəçevirdə teatra tamaşaçı marağı böyükdür”

116 Baxış

Valeh Kərimov:”Mingəçevirdə teatra tamaşaçı marağı böyükdür”

Mingəçevirdə hər kəs onu görəndə üzündə təbəssüm yaranır.

Turanmedia.az xəbər verir ki, xalq artisti Valeh Kərimov bir müddətdir ki, Mingəçevirdədir. Bu günlərdə onunla görüşüb bu gəlişi ilə bağlı,həm də mingəçevirlə bağlı təəssüratlarını öyrəndik və bir neçə sual ünvanladıq.

Bu gün Mingəçevirdə Dövlət Dram Teatrında rejissorluq fəaliyyəti ilə məşğul olursunuz. Bu şəhərə sizi bağlayan nədir?

-Mingəçevir bir şəhər kimi hər kəsi özünə cəlb edən bir şəhərdir. Görməyənlərdə gərək görsün. Respublikamızda camaatımız maşallah, dünyanı gəzirlər, amma Mingəçevir deyəndə deyirlər görməmişəm. Azərbaycanın hər bölgəsi gözəldir. Burada yaşayan insanlarla hər gün görüşürük. Mən Sumqayıt teatırında 45 il fəaliyyət göstərdikdən sonra təqaüdə çıxdım. Amma yaradıcı insan üçün nə təqaüd,nə istirahət olmur. 8-9 il bundan öncə bu şəhərdə olmuşdum. Bu, 2016-cı ilə təsadüf edib. Mədəniyyət Nazirliyi istəyimi nəzərə alaraq Mingəçevir Dövlət Dram Teatrında rejissor qismində bir tamaşa səhnələşdirməyim barədə qərar verdi. Bu, İsi Məlikzadənin “Gəl qohum olaq” əsəri idi. Həmin əsərdə quruluşçu rejissor olmaqla yanaşı, həm də aktyor kimi Ədalət obrazını canlandırmışam. Məncə hər şey nəzərdə tutduğumuz kimi uğurlu alındı. Daha sonra fəaliyyətimizin müsbət çalarları nəzərə alınaraq, bir başqa tamaşaya da səhnə həyatı verilməsi üçün mənə etimad göstərildi. Hazırda yenidən Mingəçevirdəyəm. Burada bu insanlara yeni tamaşalar bəxş etməkdən zövq alıram. Bu teatırın kollektivi ilə tanışam. Varlı qadın tamaşası teatrsevərlərə təqdim olunub. Tamaşa çox uğurlu alındı”.

Dediniz bir çox bölgələrdə çalışmısınız,hansı fərqli cəhətləri müşahidə edə bilmisiniz?

Bir çox bölgədə çalışdığınızı dediniz. Hansı fərqli cəhətləri müşahidə edə bilmisiniz?

– Teatr mədəniyyəti, aktyor potensialı bütün bölgələrdə, demək olar, yaxşı mənada eynidir. Amma etiraf edim ki, teatra tamaşaçı marağı Mingəçevirdə daha böyükdür. Məsələn, biz ötən tamaşa zamanı günlərlə seanslar verirdik. Digər tərəfdən, o gündən üzü bəri küçədə, teatrda, vaxtaşırı dolaşdığım Kür çayı sahilindəki bulvarda insanların hədsiz marağını, sənətimə olan məhəbbətini duyuram. Həqiqətən çox həssas, duyğulu insanlardır Mingəçevir sakinləri. Hazırda teatrın direktoru,əməkdar artist İntiqam Soltanla çalışırıq. İstəyimiz odur mingəçevirlilərə bir-birindən maraqlı tamaşalar hazırlayıb göstərək. Artıq 4 tamaşa oynanılıb. Hal-hazırda teatrın qurluşçu-rejissoru ştatındayam. Bu ay may ayında Süleyman Sani Axundovun “Tamahkar”komediyasını hazırlayırıq. İnanıram ki, bu tamaşaya da teatrsevərlər axın edəcək. Teatrda gündüz tamaşalarıda olur bu da balacalar üçün nağıllardan ibarətdir. Bir sözlə Mingəçevir teatrında bir canlanma var bu da aktyorların böyük sevincinə səbəb olub.

Esmira Hidayətova,Mingəçevir


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678