Yollarda görmə məsafəsi məhdudlaşacaq

7 Baxış

Sabah ölkənin bəzi magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata görə, mayın 8-də əsasən dağlıq və dağətəyi rayonlarda gecə və səhər saatlarında arabir duman olacağı, magistral avtomobil yollarının bəzi yerlərində görünüş məsafəsinin 500-800 m-dək məhdudlaşacağı ehtimalı var.