Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Müstəqil Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir”

303 Baxış

Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Mingəçevir şəhər 19N-li tam orta məktəbdə “Müstəqil Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir” mövzusunda konfran keçirilib.

Turanmedia.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə məktəbin foyesində düzənlənmiş sərgiyə baxış keçiriblər.
Konfrans iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin müqəddəs və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad edib, qazilərimizə şəfa dilədilər. Sonra əbədiyaşar Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olundu.
Məktəbin direktor əvəzi Ülviyyə Fətəliyeva çıxış edərək Ulu öndərimizin həyatı, hakimiyyətə gəlişi, fəaliyyəti haqqında tədbir iştirakçılarına dolğun məlumat verdi. Bildirdi ki,Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi:” O, öz həyatını doğma xalqına həsr etmişdir. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmişdir. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparırdı”.
Keçirilən tədbirdə iştirak edən Mingəçevir şəhər Təhsil Sektorunun inspektoru Qorxmaz Abbaszadə öz çıxışında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsini böyük tarixi hadisə adlandıraraq, dahi şəxsiyyətin ölkənin inkişafında göstərdiyi müstəsna xidmətlərinin, parlaq və şərəfli həyat yolunun və dövlətçilik fəaliyyətinin daha yaxından öyrənilməsi üçün bunun böyük fürsət olduğunu qeyd edərək, onun Azərbaycanın bütün sahələrdə inkişafı üçün göstərdiyi əvəzsiz xidmətlərini iştirakçıların diqqətinə çatdırmışdır.
Tədbir boyunca məktəbin şagirdlərinin hazırladıqları şeirlər maraqla izlənildi. Tədbirin sonunda təhsildə və məktəbin ictimai həyatında fərqlənən müəllim və şagirdlər fəxri fərmanla təltif edildilər.

Esmira Hidayətova,Mingəçevir


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678