Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Tarixi zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda konfrans keçirilib

159 Baxış

“Tarixi zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda konfrans keçirilib.

Turanmedia.az xəbər verir ki, Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, Mingəçevir 17 saylı tam orta məktəbdə “Tarixi zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda konfrans keçirilib.

Tədbir başlamazdan öncə Ulu Öndər Heydər Əliyev və vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi konfrans iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbirdə çıxış edən məktəbin direktor əvəzi Rəsmiyyə Baxşəliyeva “Tarixi zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir”mövzusunda geniş məruzə edib. Əvvəlcə ulu öndərin həyat və fəa¬liyyəti, xalqımızın tərəqqisi uğrunda gördüyü işlər barədə məlumat verdi və qeyd etdi ki,hər bir uğurumuz Heydər Əliyev siyasətinin təntənəsidir. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Ümummilli Liderin şah əsəri olan Azərbaycan onun görmək istədiyi Azərbaycandır.

Konfransda çıxış edən Mingəçevir YAP şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev qeyd edib ki, Azərbaycan bu gün möhkəm təməl üzərində dastan yazmaqda davam edir:” Ölkəmizin həyatında yeni mərhələ başlayıb. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri geniş vüsət alıb. 30 il torpaq həsrəti ilə yaşayan soydaşlarımızın Böyük Qayıdışı reallaşır. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə güclü, inkişaf etmiş, qüdrətli Azərbaycan naminə başladığı böyük siyasət Prezident İlham Əliyev tərəfindən dəyişməkdə olan dünyanın yeni reallıqlarına uyğun şəkildə layiqincə davam etdirildi. Bu siyasətin sayəsində beynəlxalq aləmdə nüfuz və söz sahibinə çevrilən Azərbaycan 44 günlük Vətən müharibəsi ilə özünün ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan xalqı Böyük Qələbə ilə Böyük Zəfər yaşadı. Bu Zəfər Ulu Öndər Heydər Əliyev siyasətinin Zəfəridir”.

Məktəbin coğrafiya müəllimi Elnarə Məmmədova “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir”mövzusu ilə çıxış edib.

Tədbir şagirdlərin hazırladıqları kompozisiya ilə davam edib. Məktəbin şagirdləri Heydər Əliyevə, Vətənə, Qarabağa və Azərbaycana həsr olunmuş şeirlər söy¬lədilər, mahnı və rəqs ifa etdilər.

Qeyd edək ki,tədbir boyunca məktəbin şagirdləri canlı olaraq rəsm əsərləri çəkiblər.

Esmira Hidayətova,Mingəçevir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678