Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü”

166 Baxış

“ Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü”

Mingəçevir Tibb kollecində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü”mövzusunda tədbir keçirilib.

Turanmedia.az xəbər verir ki, tədbir öncəsi Azərbaycanın Dövlət Himin oxunub. Təhsil ocağının müəllim və tələbələrinin, mətbuat işçilərinin iştirak etdiyi tədbiri açan kollecin direktoru Fikrət Zeynalov bildirdi ki, Azərbaycanın çağdaş tarixinin milli intibah dövrü müdrik dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndər Azərbaycan dövlətçiliyini xaos və böhran məngənəsindən çıxarmış, xalqımızın taleyində misilsiz xilaskar missiyasını şərəflə yerinə yetirmişdir. Dahi rəhbər dövlətçiliyə hədsiz sədaqəti ilə indiki və gələcək nəsillərə örnək ola biləcək bir fəaliyyət nümunəsi, ölkəmizin davamlı inkişafının uzunömürlüyünü təmin edən təkmil irs, siyasi məktəb miras qoymuşdur. O, ölkə həyatının bütün sahələrində quruculuğun, davamlı inkişafın və islahatların banisi olmuşdur.

Tədbirdə çıxış edən YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev “Ümummilli lider Heydər Əliyev və Yeni Azərbaycan Partiyası”mövzusunda çıxış edərək qeyd etdi ki, Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Yeni Azərbaycan Partiyasının inkişafı tarixində də yeni bir mərhələnin əsasını qoydu. Partiya və onun yüz minlərlə üzvü dövlət əhəmiyyətli məsələlərin həlli istiqamətində öz gücünü səfərbər etdi deyə bildirib.

Daha sonra Kollecin müəllimləri Afaq Cəfərova,Kəmalə Hüseynova çıxış edərək Heydər Əliyevin Azərbaycan səhiyyəsindəki rolundan,irsi, milli sərvətimizdən danışıblar.

Tədbirin sonunda Heydər əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Esmira Hidayətova,Mingəçevir


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678