Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

DTX rəisi Heydər Əliyevin uğurlu əməliyyatlarından danışdı

40 Baxış

Heydər Əliyev Azərbaycan SSR DTK-də işlədiyi vaxtlarda çoxlu sayda uğurlu əməliyyatlar keçirib. Bunların sırasında “Naturalist”, “Duel”, “Axito”, “Alagöz” və s. bu kimi əks-kəş­fiyyat işinin şah əsərləri sayıla biləcək əməliyyat kombinasiyalarını sadala­ya bilərik.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev “Xalq qəzeti”ndə dərc edilmiş müsahibəsində deyib.

Ə.Nağıyev qürur hissi keçirərək bildirib ki, bu gün Heydər Əliyevin adını daşıyan DTX-nin Akademiyasında həmin əməliyyat işləri gələcəyin əməkdaşlarına öyrədilir:

“Bütün bu əməliyyatlara aid sənədli materiallarla yaxından tanış olduqda onların qurulmasında mahir əks-kəşfiyyatçı izini, Heydər Əliyev dəst-xəttini, Heydər Əliyev peşəkarlığını görmüş olursan.

“Keçirdiyi əməliyyatlarla bağlı əvvəlcədən qurduğu əməliyyat planları onun uzaqgörənliyinin, təhlil etmək bacarığının mücəssəməsidir. Necə deyərlər, bu, bir elmdir, ustad dərsidir, şedevrdir. Bu fikirlər vaxtilə Heydər Əliyevlə birgə çiyin-çiyinə çalışmış və iş üslubuna yaxından bələd olan veteran əməkdaşlarımız, xidməti ərzində yolları bu dahi şəxsiyyətlə kəsişmiş digər şəxslər tərəfindən də birmənalı olaraq etiraf edilir. Sadalananlar həm ölkə daxilində, həm də onun sərhədlərinin xaricində Heydər Əliyevi peşəkar təhlükəsizlik zabiti kimi tanıdır və xarakterizə edir”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678