Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıda möhtəşəm atəşfəşanlıq

51 Baxış

Mayın 10-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar paytaxtda təşkil edilən konsert proqramı möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, Dənizkənarı Milli Parkın ərazisindəki Saat qülləsinin yanında təşkil olunmuş konsertdə müğənnilər Ulu Öndər Heydər Əliyev, həmçinin müstəqil Azərbaycana həsr olunan vətənpərvər ruhlu mahnılarla çıxış ediblər.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş konsert proqramı tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanıb.

Paytaxtımızın minlərlə sakininin və qonaqlarının maraqla izlədiyi konsertdən sonra möhtəşəm atəşfəşanlıq olub, paytaxtın qaranlıq gecəsi al-əlvan rənglərə boyanıb.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678