Ulu Öndərin 100 illiyi münasibətilə Şuşada atəşfəşanlıq olub
7 Baxış

“Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının ikinci günü Şuşada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar atəşfəşanlıq təşkil edilib.
Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, atəşfəşanlığı şəhərin bütün ərazisindən izləmək mümkün olub. Atəşfəşanlıq Şuşa səmasını al-əlvan rəngə boyayıb, “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.