Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mingəçevirdə Heydər Əliyevin 100 illiyi ilə əlaqədar futbol turnirinə start verildi

81 Baxış

Mingəçevirdə Heydər Əliyevin 100 illiyi ilə əlaqədar futbol turnirinə start verildi.

Turanmedia.az xəbər verir ki, Mingəçevirdə Ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Mingəçevir Yeni Azərbaycan Partiyası (YAP) şəhər təşkilatının təşkilatçılığı ilə həvəskar komandalar arasında futbol üzrə(13-25 may) şəhər turnirinə start verildi.

Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Mingəçevir Gənclər və idman idarəsinin rəisi Kamal Nəcəfli,şəhərin müəssisə və təşkilat rəhbərləri, Vətən müharibəsi əlilləri, şəhərdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının rəhbərləri, İctimai Şuranın üzvləri, şəhər ictimaiyyəti nümayəndələri və şəhər gəncəri iştirak edib.Əvvəlcə Dövlət Himninin səsləndirilməsinin ardından Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə şəhər İcra Hakimiyətinin başçısı İlham İsmayılov çıxış edərək komandalara uğurlar arzulayıb. Başçı, müstəqilliyin bərpasından sonra ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan idman siyasətindən bəhs edərək, Prezident İlham Əliyev tərəfindən bu sahəyə göstərilən xüsusi diqqət və qayğını qeyd edib. O,futbolçulara bu gün hər biriniz qalibsiniz,çünki bu yarışa qatılmağınız sizin qalibiyyətinizdir deyib.

YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev turnirdə çıxış edərək bildirib ki,Heydər Əliyevin Azərbaycanın idman siyasətinin həyata keçirilməsi sahəsindəki xidmətləri əvəzsizdir. Ulu Öndər idmançıların cəmiyyət həyatındakı rolunun artması, özlərinə layiqli yer tutmaları üçün əlindən gələni əsirgəməyib-deyə vurğulayıb və komandalara uğrlar diləyib.

Çıxışlardan sonra həvəskar futbol komandaları oyuna start götürüblər.Turnir 13 -25 maya qədər davam edəcək.Turnirdə 10 komandanın iştirakı nəzərdə tutulur.

Esmira Hidayətova,Mingəçevir


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678