Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Biləsuvar Təhsil Kompleksi növbəti memorandumu Radiasiya Problemləri İnstitutu ilə imzaladı

274 Baxış

Biləsuvar Təhsil Kompleksi növbəti memorandumu Radiasiya Problemləri İnstitutu ilə imzaladı

Turanmedia.az xəbər verir ki, bu gün Elm və Təhsil Nazirliyi – Radiasiya Problemləri İnstitutunun rəhbərliyi və əməkdaşları Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinə işgüzar səfər ediblər. Görüşün əsas məqsədi Təhsil Kompleksi ilə İnstitut arasında qarşılıqlı memorandumun imzalanması və müqavilə əsasında ikitərəfli sıx əməkdaşlığın qurulması olub.

Milli Qəhrəmanımızın adını daşıyan qabaqcıl Təhsil Kompleksi ilə yaxından tanış olan Radiasiya Problemləri institutunun baş direktoru professor İslam Mustafayev, elmi katib Əminə Mikayılova, baş menecer Famin Salmanov, İnnovativ tədqiqatlar qrupunun rəhbəri Namiq Heydərov təhsil şöbəsinin müdiri Nərmin Quliyeva, mühəndis Qeys İbrahimov Kompleks rəhbərliyi ilə öz təəssüratlarını bölüşüblər.

Daha sonra kompleksin kitabxanasında qonaqlarla məktəb kollektivinin görüşü keçirilib. İki müəssisə arasında qarşılıqlı əlaqə haqqında memorandumun imzalandığı tədbirdə Kompleksin icraçı direktoru Aqşin Bağırov ətraflı çıxış edərək , müasir innovativ texnoloji yeniliklərin tətbiq edildiyi komplekslə respublikanın nüfuzlu elm ocaqları və institutları ilə imzalanan bu cür memorandumların əhəmiyyətindən, birgə əməkdaşlığın faydasından bəhs etdi. Görüşdə fizika elmləri doktoru, professor, akademiyanın müxbir üzvü İslam Mustafayev rəhbərlik etdiyi kollektiv adından öz məmnunluğunu ifadə edərək, qarşıda ikitərəfli elmi mübadilənin ugurlu nətcələrinə əminliyini bildirdi.

Tədbirdə İnstitutun İnnovativ tədqiqatlar qrupunun rəhbəri, gənc tədqiqatçı Namiq Heydərov “Sabahın alimləri” müsabiqəsi çərçivəsində Fizika, Mühəndislik, Ekologiya istiqamətləri üzrə layihələr barədə monitor vasitəsilə izahlı məlumatları məktəb kollektivinə təqdim etdi. Şagirdlərin maraq və diqqətini çəkən müsabiqə layihələri haqqında məktəbin kimya, fizika kafedrasının müəllimləri artıq yaxın günlərdə institutla əməkdaşlığa başlayacaqlarını bildirdilər.

Sonda iki müəssisə arasında qarşılıqlı əlaqələrin qurulması barədə memorandum imzalandı, bir-birlərinə xatirə hədiyyələri təqdim olundu.

Qeyd edək ki, Biləsuvar Təhsil Kompleksi son bir ildə respublikanın 6 nüfuzlu ali təhsil ocağı və institutları ilə qarşılıqlı əməkdaşlıq memorandumu imzalayıb.

Ülvi Həzizadə


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678