Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Zəngəzur dəhlizi onların iştirakı ilə həll olunmalıdır – İran

57 Baxış

Məsələlər dialoq və danışıqlar əsasında region ölkələrinin iştirakı ilə həll edilməlidir.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zühuri deyib.

Onun sözlərinə görə, İran rəsmiləri dəfələrlə regional problemlərin həlli ilə bağlı öz mövqelərini bildiriblər:

“İran mövqeyi aydındır: region ölkələri arasında mövcud olan məsələlər onların iştirakı ilə həll olunmalıdır, digər ölkələrin də regionda sülh və sabitliyin qorunmasına töhfə vermək imkanı var”.

Səfir Zəngəzur dəhlizinin açılmasının mümkünlüyünü şərh edərkən bildirib ki, İranın regionda aydın mövqeləri və qanuni maraqları var:

“Təcrübə göstərir ki, biz hər zaman qanuni hüquqlarımızı müdafiə etmişik və bununla bağlı aydın mövqeyimizi bildirmişik”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678