Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bu görüntülər Türkiyə vətəndaşlarının seçkiyə verdiyi önəmin göstəricisidir – FOTO

64 Baxış

Türkiyədə hazırda prezident və parlament seçkiləri davam edir. İnsanlar seçki məntəqələrinə gələrək səsvermə hüquqlarından istifadə edirlər.

Turanmedia.az Türkiyə mediasına istinadən xəbər verir ki, ölkənin müxtəlif yerlərində sağlamlıq problemləri olmalarına baxmayaraq, səs vermək üçün məntəqələrə gələnlər xüsusi diqqət çəkib.

Sosial şəbəkələrdə yayılan görüntülər bir daha sübut etdi ki, Türkiyə vətəndaşları seçki prosesinə biganə qalmır, öz dövlətlərinə sahib çıxırlar.

Şanlıurfa şəhərində oksigen balonundan asılı yaşayan bir qadın səs vermək üçün oğlunun köməkliyi ilə məntəqəyə gəlib və seçki hüququndan istifadə edib.

Bununla yanaşı, hərəkət etməkdə çətinlik çəkən bir neçə seçici məntəqəyə xərəkdə gətirilib.

Bu şəxslərdən biri də Eskişehirdə yaşayan 87 yaşlı Mustafa Uzundur. O, təcili yardım avtomobili ilə seçki məntəqəsinin qurulduğu məktəbə gətirilib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678