Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İnsanlar öldüyü zaman ayaq barmaqları niyə bağlanılır? – Dəhşətli SƏBƏB

72 Baxış

Azərbaycanda ölən insanların ayaqlarının baş barmaqlarının bağlandığı heç kəsə gizli deyil. Bəzi insanlar bunu dini adət-ənənə ilə əlaqələndirsə də, əksər insanlar bunu inkar edir və ya bunun bir mənası olmadığını bildirir.
Bəs ölülərin ayaq barmaqlarının bağlanmasının mənası nədir?

Turanmedia.az xəbər verir ki, bu barədə Referans.az-a danışan ilahiyyatçı Təyyar Hüseynli bunu ruhun insan bədənini tərk etməsi ilə əlaqələndirib:

“Ruh insan bədinini tərk etdikdən sonra orqanizimdə olan cism dediyimiz maketdə artıq bir növ elastiklik yaranır. Biz bilirik ki, cismin hərəkətliliyi onun bədənində olan ruhla bağlıdır. Həmin o ruh bədəni tərk etdikdən sonra bədən öz hərəkətlilik funksiyasını itrir. Buna görə də bizdə bu barədə bəzi dini göstərişlər var ki, cəsədin ayağının baş barmaqları bağlanmalıdır, gözü açıqdırsa bağlanılmalıdır. Bir sözlə, ruhun insan bədənini tərk etməsinə baxmayaraq, insan faktoruna qarşı diqqət məsələsi var. Yəni cəsəd şəriət qaydalarına uyğun dəfn olunmalıdır. Ayaq barmaqlarının bağlanması əsasən cəsədin paklanması zamanı həm ayaqların hərəkət etməməsi həm də cəsədi dəfn olunmağa aparan zaman bədənin hərəkət edib tərpənməməsi üçün vacibdir”.

Şəriət qanunları olduğu üçün buna əməl olunmalı olduğunu deyən ilahiyyatçı bunun dinlə bağlı olduğunu bildirib. Onun sözlərinə görə bu və digər şərtlərə əməl olunması həm ölü üçün, həm də ölünün ailə və yaxınları üçün olduqca məqsədəuyğundur.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678