Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Quşlardan insanlara keçən yeni virus

55 Baxış

ÜST koronavirus pandemiyasının sona çatdığını elan etdi, lakin Rusiyada yazdan başlayaraq, Udmurtiyada, Kirov bölgəsində və Mari El Respublikasında çoxlu ölü quşlar tapılmağa başladı. Rospotrebnadzor müəyyən edib ki, bu quşlar H5N1 virusu, yəni quş qripindən ölüb.

Turanmedia.az “Medicina”-ya istinadən xəbər verir ki, bu ilin yazında Çində bu ştamla yoluxmuş bir insanın ölümü artıq qeydə alınıb.

Ekspertin sözlərinə görə virusun əsas təhlükəsi onun yoluxucu olmasıdır. Xəstə quş sağlam quşları 100% ehtimalla yoluxdurur, xəstə quşlar isə 80% halda ölür.

Xəstəlik sürətlə inkişaf edir və müalicəsi yoxdur. Bundan əlavə, yumurtlayan toyuqlar tez-tez bu qripi assimptomatik olaraq daşıyırlar və insanları yoluxdura bilirlər.

İnsanlar yalnız quşlardan yoluxa bilər. Bununla belə, yeni mutasiyanın meydana çıxması və virusun hava damcıları ilə insandan- insana keçə bilməsi ehtimalı var.

Yoluxmuş insanda quş qripi necə özünü göstərir?

Virus tənəffüs və həzm orqanlarını yoluxdurur, burun axması, öskürək, qusma və ishala səbəb olur. Adətən xəstəliyin gedişi yüngül və ya orta dərəcədədir, evdə sağalmaq olar. Bununla belə, xüsusilə həssas insanlar, xroniki xəstəlikləri olanlar və təqaüdçülər bu qripdən ölə bilər.

Bu xəstəlikdən özünüzü qorumaq mümkündürmü?

– ölü və canlı çöl quşlarına toxunmayın;
• uşaqlara quşlarla oynamağın və onlara yem verməyin təhkükəli olmasını izah edin
• quşlarla təmasdan sonra əlləri və üzləri sabun və su ilə yuyun;
• ət və yumurta yalnız rəsmi mağazalarda alın.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678