Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Kitabları uşaqlara sevdirən nümunəvi kitabxanaçı

332 Baxış

Kitabları uşaqlara sevdirən nümunəvi kitabxanaçı.

Müasir dövrdə kitab oxumağa maraq o qədərdə çox deyil. Məktəbliləri bilik mənbəyinə yönləndirmək üçün kitabxanaçıların üzərinə böyük yük düşür. Yevlax rayonun Çənlibel qəsəbəsində öz işinin peşəkarı olan kitabxanaçı Nüşabə Əliyeva ilə həmsöhbət olduq.

Turnamedia.az xəbər verir ki, o, uzun illərdir çalışdığı 6 saylı orta məktəbin şagirdlərinə kitabları sevdirməyi bacarıb. Nüşabə xanım kitabxanaya gələn şagirdlərə maraqlı kitabları təqdim edir,kitablar haqqında geniş məlumat verir gözəl sözləri ilə həvəsləndirir. Hətta fəal oxuculara kiçik hədiyyələrlə sürprizlər də edir. Nüşabə Əliyeva məktəbin tədbirlərini, həmçinin şəhidlər haqqında videoçarx,kiçik filmlərdə hazırlayıb.

Nüşabə xanım söhbət əsnasında deyir ki,elə uşaqlar var ki,nagıl kitablarının hamsını oxusalarda yenə oxumaq istədiklərini bildirirlər.Nüşabə müəllim qeyd edir ki, uşaqların cəmiyyəti anlama, təbiəti tanıma, özünü dərk etmə qabilliyətini məhz kitablar təmin edir:”Bu mənada uşaqların kitabxanalara gələrək mütaliə etməsi, asudə vaxtlarını orada keçirməklə, lazımı informasiya tələbatına malik olması ən vacib, aktual məsələdir.Mən şagirdlərin kitabxanaya maragını artırmaq məqsədi ilə torpaqlarımızın alınma tarixlərini,və digər tarixi hadisələri kiçik lövhələrə yazaraq divardan asıram. Uşaqlar hər kitabxanaya gələndə istər-istəməz gözləri həmin lövhəni görür və göz yaddaşları yenilənir. Kitabxananın 850 kitab dövriyyəsi var”.

Bundan əlavə Nüşabə xanımın digər özəllikləri də var. Məktəbin bütün əlamətdar tədbirlərini video rolik vasitəsi ilə çəkərək istifadə edilir.Ali təhsilli kitabxanaçı bu sahədə 30 ildir çalışır.Nüşabə xanım şagirdlərə daha çox vətənpərvərlik mövzularda videoriloklər hazırlayır,məktəbin tədbirlərində nümayiş olunur.

Esmira Hidayətova,Yevlax


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678