Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mingəçevirdə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bilik yarışı keçirilib

402 Baxış

Turanmedia.az xəbər verir ki, Mingəçevirdə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bilik yarışı keçirilib.

Vətənpərvərlik tərbiyəsinə xidmət edən bilik yarışı yaddaşlara həkk olundu. Tarixini bilməyən xalqın gələcəyi olmaz – deyiblər. Bir xalq kimi bizim də tariximizin kökü çox qədimdir. Hər birimiz tariximizi bilməli, onu gələcək nəslə layiqincə çatdırmalıyıq. Bu şərəfli iş müəllimlərin üzərinə daha çox düşür. Onlar da çalışır ki, dilimizi, tariximizi, maddi-mənəvi dəyərlərimizi şagirdlərə tanıdsın, sevdirsin və təhrif etmədən olduğu kimi gələcək nəslə ötürsünlər. Bu məqsədlə Mingəçevir 1 saylı tam orta məktəbin tarix müəllimi Fizuli Əhmədovun təşəbbüsü və təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Müdrik siyasətin parlaq zəfəri” adlı bilik yarışı keçirilib. Bilik yarışı Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində olan Mingəçevir şəhər məktəbləri ilə əməkdaşlıq edən Yevlax, Ağdaş, Göyçay, Kürdəmir məktəbləri arasında keçirilib. Bilik yarışında 10 komanda iştirak edirdi. Bilik yarışı əsasən gənclərin Azərbaycan tarixinə dair biliklərinin dərinləşdirilməsi, məktəblilər arasında saglam rəqabəti artırmaq, intellektual vərdişlərinin inkişafı və öyrənilən bilikləri yoxlamaq məqsədi daşıyır.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Təşkilatçı müəllim yarışın başlanmasına start verib. Yarışda anlamlı olaraq 44 sualdan istifadə edilib. Yarış 4 mərhələdən ibarət olmaqla hər mərhələ arası məktəbilərin vətənpərvərlik ruhunu təbliğ edən musiqi ifa ediblər. Fizuli Əhmədovun təşəbbüsü ilə keçirilmiş yarış şagirdlərin bilik və bacarıqlarını nümayiş etdirdi. Şagirdlərin sevincinin hədd-hüdudu yox idi. Tədbirdə iştirak edən qonaqlar Şanlı tariximizi şagirdlərə sevdirə bildirdiyinə görə Fizuli müəllimə öz təşəkkürlərini etdilər. Bildirilib ki, belə yarışmaların şagirdlərin bilik əldə etməsi baxımından çox önəmlidir.

Sonda bilik yarışında fəal iştiraklarına görə şagirdlərə tərifnamələr təqdim olunmuşdur.

Esmira Hidayətova,Mingəçevir


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678