Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Yeniyetmə qızı öldürüb anasını yaralamaqda təqsirləndirilən şəxs hakim qarşısında

61 Baxış

Bakıda yeniyetməni öldürüb, anasına xəsarət yetirməkdə ittiham olunan Zaur Babayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, cinayət işinin materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Leyla Əsgərova-Məmmədovanın icraatına verilib.

İş üzrə məhkəmə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu ilin fevral ayında Sabunçu rayonunda qeydə alınıb.

Fevralın 2-si saat 01 radələrində Sabunçu rayonu ərazisində 2009-cu il təvəllüdlü Günay Şadatovanın xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı Zaur Babayevin bıçaqla 1980-ci il təvəllüdlü Əfsanə Şadatova və onun qızı Günay Şadatovaya xəsarət yetirməsi və sonuncunun aldığı xəsarətdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir ki, cinayətdə şübhəli bilinən Zaur Babayev zərərçəkmiş Əfsanə Şadatova ilə qeyri-rəsmi münasibətdə olub.

Zaur Babayevə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü ( xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. O, verilmiş ittihamla təqsirli bilinərsə 14 ildən 20 ilə və ya ömürlük azadlıqdan məhrum edilə bilər.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678