Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Güclü yağış Naxçıvanda bir sıra fəsadlar törədib

41 Baxış

Naxçıvan şəhərində güclü yağış yağması bir sıra fəsadlara səbəb olub.

Turanmedia.az xəbər verir ki, bu barədə Tns-ə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, nazirliyin “112” qaynar telefon xəttinə Naxçıvan şəhərində intensiv yağışlar nəticəsində bir neçə fərdi yaşayış evləri, yaşayış və inzibati binaların zirzəmilərinin subasmaya məruz qalması barədə məlumat daxil olub.

Hazırda daxil olmuş məlumatlar əsasında ərazilərə cəlb olunmuş Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayının və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678