Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Nişanlı gənclərin faciəvi sonu – “Heç balalarının öldüyündən xəbəri yoxdur”

64 Baxış

Mayın 22-də Qobustanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Nəticədə beş nəfər həyatını itirib. Onlardan dördü bir ailənin üzvləridir.

Turanmedia.az xəbər verir ki, Baku TV-nin əməkdaşı həlak olanların ailəsində olub, qəzanın təfərrüatını araşdırıb.

Məlum olub ki, hadisə həlak olan cütlük üçün Bakıya nişan üzüyü almağa gedərkən baş verib. “Səhər saat 8-də yola saldım, 9-da zəng edildi ki, xəstəxanaya gəlin. Bacım komadadır. Heç balalarının öldüyündən xəbəri yoxdur. Qızı mənim gəlinimdir. Oğlu da, gəlini də ölüb”, – deyə qəzadan sağ çıxan qadının bacısı, həlak olan Məhərrəm Səmədovun anası deyib.

https://youtu.be/yIa_viNdUeU

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678