7 yaşlı uşaq qəfil öldü

9 Baxış

Siyəzəndə bədbəxt hadisə baş verib.

Turanmedia.az apa-ya istinadən xəbər verir ki, şəhər sakini, 2016-cı il təvəllüdlü uşaq qəfildən dünyasını dəyişib.

Yaxınları onu Siyəzən Regional Diaqnostika Mərkəzinə gətirsələr də o artıq xəstəxanaya çatana kimi ölüb.

Hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəlib.

Azyaşlının ölüm səbəbinin dəqiqləşdirilməsi üçün müvafiq ekspertizalar təyin olunub.

Faktla bağlı araşdırmalar davam etdiriləcək.