Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mingəçevirdə sakinlər nədən narazıdır?

160 Baxış

Turanmedia.az xəbər verir ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı sakinlərlə növbəti səyyar görüş keçirib. Görüş şəhərin sağ sahil ərazisində yerləşən Təbriz küçəsinin sakinləri ilə olub. Görüşə gələn sakinlər onları narahat edən problemlərlə bağlı fikirlərini bildiriblər. Sakinlərin ən ümdə problemi uzun illər sağ sahil ərazisində kapital bankın bankomatının olmamasıdır. Onlar bildirir ki,bankomat üçün şəhərə gəlib-getmək onlar üçün əlavə problem yaşadır. Digər yaşayışçılar isə kanalizasiya quyularının qapaqlarının olmaması,sahibsiz itlərin hücumuna məruz qalmaları, 8 saylı şəhərarası marşurut xəttinin sakinlərin yaşadığı uzaq məsafəyədək gəlməsi,binaların təmiri,kanalizasiya xətlərində yaranan nasazlıq və digər şəxsi problemlər səsləndirilib.

Bütün qaldırılan problemlərlə bağlı icra başçısı İlham İsmayılov qeydiyyat götürərək aidiyyəti qurum rəhbərlərinə göstərişlər verib.

Qeyd edək ki,sakinlərlə görüşdə ŞPŞ rəisi,polis polkovniki Ədalət Əliyev də iştirak edib.

Esmira Hidayətova,Mingəçevir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678